Tramp Ağ evdə Mark Sukerberqlə görüşüb
ABŞ prezidenti Donald Tramp Ağ evin Oval kabinetində “Facebook” şirkətinin rəhbəri Mark Sukerberqlə görüşüb.
“Report” xəbər verir ki, Amerika lideri bunu öz “Twitter” səhifəsində yazıb.
Sukerberqin Ağ evə səfəri əvvəlcədən elan olunmamışdı.
Bundan əvvəl, “Politico” nəşri, bu həftə sosial şəbəkə qurucusunun internetin tənzimləməsi məsələlərini müzakirə etmək üçün Konqresin üzvləri ilə görüşəcəyi barədə məlumat dərc etmişdi.