bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

USAID-də qalmaqal: Dövlət qulluqçuları kütləvi şəkildə məcburi məzuniyyətə göndərildilər

28-01-2025, 19:00 0 dəfə baxılıb

 ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyində (USAID) böyük qalmaqal baş verib - təşkilatın 50-dən çox dövlət qulluqçusu təcili olaraq inzibati məzuniyyətə göndərilib.

Bizimlider-in məlumatına görə, bu barədə "NBC News" telekanalı bir vəzifəli şəxsə və USAID-in iki keçmiş əməkdaşına istinadən xəbər verib.

Bu radikal tədbirlərin səbəbi "prezidentin icra fərmanlarının pozulması" şübhələridir.

"Biz USAID-də prezidentin icra fərmanlarının yerinə yetirilməsindən yayınmağa yönəlmiş bir sıra hərəkətlər qeydə almışıq. Bununla əlaqədar olaraq, bu hərəkətlərin yoxlanılması başa çatanadək, USAID-in bir sıra əməkdaşlarını tam əmək haqqı və güzəştlər saxlanılmaqla növbəti bildirişə qədər məcburi məzuniyyətə göndərmək qərarına gəldik", - deyə USAID-in hazırkı rəhbəri Ceyson Qrey bəyan edib.

Telekanalın məlumatına görə, USAID əməkdaşlarına bu qərar barədə bazar ertəsi gecə saatlarında məlumat verilib.

USAID - ABŞ-nin digər ölkələrə qeyri-hərbi yardım göstərən əsas hökumət agentliyidir. Onun illik büdcəsi təxminən 27 milyard dollar təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031