bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

David Zalkaliani: “Lavrovla görüş danışıqların yeni formatı kimi başa düşülməməlidir”

27-09-2019, 10:14 141 dəfə baxılıb

David Zalkaliani: “Lavrovla görüş danışıqların yeni formatı kimi başa düşülməməlidir”
"Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı aydın şəkildə vurğulandı ki, Rusiya Federasiyası ilə kommunikasiya mövcud formatlar çərçivəsində davam edir və danışıqların formatının dəyişdirilməsindən söhbət gedə bilməz".

Gürcüstan xarici işlər naziri David Zalkaliani "İmedi" telekanalına müsahibəsində belə deyib.

“Bu görüş danışıqların formatına dəyişiklik kimi nəzərə alınmamalıdır. Biz danışıqların formatının davam etdirilməsini istəyirik və bu qeyd edilib. Bilirsiniz ki, Cenevrə danışıqlarına Rusiya tərəfindən heyətlə bağlı bəzi dəyişikliklər edilib. Məm əminəm ki, əvvəlki formatlar və mexanizmlər davam edəcək. Ən yaxın Cenevrə müzakirələri oktyabrın əvvəlində keçiriləcək. Gürcüstan nümayəndə heyəti əvvəlki kimi təmsil olunacaq. Biz əminik ki, Rusiya tərəfi də əvvəlki səviyyəni qoruyub saxlayacaq", - deyə D. Zalkaliani bildirib.

XİN başçısının sözlərinə görə, gələcəkdə rusiyalı həmkarı Sergey Lavrovla başqa görüşün keçirilməsi barədə plan yoxdur.

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində İsveçrənin təşəbbüsü və təşkilatçılığı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və Gürcüstan xarici işlər naziri D.Zalkaliani arasında görüş baş tutub. Görüşdə əsas müzakirə mövzusu Gürcüstanın işğal edilmiş ərazilərindəki vəziyyət olub.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30