bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yeni dünya nizamını kimlər quracaqlar?

3-02-2025, 14:00 0 dəfə baxılıb

 ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin 21-ci əsrin reallıqlarına uyğun gələn yeni dünya düzənini formalaşdırmaq üçün tarixi fürsət əldə ediblər.

Bizimlider xəbər verir ki, bu barədə "Asia Times" yazır.

"Fövqəldövlətlərin rəqabətindən çoxqütblü dünyaya keçid bir sıra səbəblərə görə faktiki olaraq qaçılmaz olub. Bu səbəblərə, o cümlədən Ukraynadakı müharibə, BRICS-in formalaşması, ABŞ hökumətinin inanılmaz borcu və Çinin iqtisadi, texnoloji, geosiyasi təsirinin artması daxildir", - məqalədə deyilir.

Müəlliflərin fikrincə, Tramp və Putin Ukrayna münaqişəsini "həll etdikdə" onlar Çinlə sıx əməkdaşlıq şəraitində çoxqütblü dünyanın həmmüəllifləri kimi tarixə düşmək imkanı əldə edəcəklər.

Məqalədə qeyd olunur ki, üç böyük dövlət XXI əsrə uyğun qlobal dünya nizamı yarada bilər. Belə ki, Si Cinpin "Konfutsi müdrikliyi" təklif etməklə Tramp və Putin arasında vasitəçi rolunu oynaya bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031