bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Putin və Ərdoğan Kazanda nələri müzakirə edəcəklər? - Ankara DETALLARI AÇIQLADI

21-10-2024, 09:42 0 dəfə baxılıb



Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Kazanda planlaşdırılan danışıqların gündəliyinə Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki vəziyyətin sülh yolu ilə həlli üçün Türkiyənin vasitəçiliyi daxil ola bilər.

"RİA Novosti" bu barədə Türkiyə prezidentinin administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbəti əlavə edib ki, Putin və Ərdoğan ikitərəfli gündəliyi, iqtisadi, ticarət və enerji əməkdaşlığını da müzakirə edəcəklər.

Oktyabrın 22-də Kazanda BRICS sammiti başlayır. Tədbir oktyabrın 24-dək davam edəcək. 2024-cü ilin yanvarında keçirilən toplantıda ilk dəfə BRICS-ə üzv olan yeni ölkələr iştirak edəcək. Təşkilat beş yeni ölkəyə genişlənib. Eyni zamanda, Çin sədri Si Cinpin də daxil olmaqla, müxtəlif dünya liderləri görüşdə iştirak etmək üçün Rusiyaya gələcəklər.

Oktyabrın 11-də Rusiya Prezidenti Türkiyə parlamentinin sədri Numan Kurtulmuşla söhbətində Kazanda Ərdoğanla ikitərəfli görüşü səbirsizliklə gözlədiyini təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031