bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya və ABŞ dünyanı yenidən bölüşdürür? - "Proseslər 80 il əvvəli xatırladır"

Dün, 16:00 0 dəfə baxılıb

 Fevralın 19-da ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşü baş tutdu. Dünya siyasətində perspektivləri müəyyənləşdirməyin və dağıdıcı-birləşdirici proseslərin başlanğıcı ola biləcək görüşdə Ukrayna-Rusiya müharibəsi də daxil olmaqla, Yaxın Şərq və bir sıra coğrafiyalarda baş verənlər, eləcə də iqtisadi məsələlər və s. müzakirə edildi. Tərəflər yaxın müddətdə növbəti görüş üçün razılığa da gəldilər. Geosiyasi qarşıdurmalar fonunda iki super gücün son dövrdə ilk dəfə olaraq bu qədər real təmas qurması hazırda Rusiya və ABŞ arasında nüfuz dairələrinin bölüşdürülməsi prosesini gündəmə gətirir.

Bəs, həqiqətənmi dünyanın bölüşdürülməsi prosesinə start verilib? Bu gedişat bəşəriyyətin gələcəyi üçün necə cərəyan edə bilər?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli Bizimlider-ə açıqlamasında deyib ki, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq təhlükəsizlik mexanizmlərinin və beynəlxalq hüquqa söykənən münasibətlər sisteminin, təxminən 1990-cı illərin sonlarından etibarən effektivliyini itirməsi, son 2008-ci ildən sonra isə tamamilə süquta uğraması faktdır:

"Amma bu, hazırda dünyada cərəyan edən proseslərin 80 il əvvəl mövcud olan reallıqlarla eyni olduğunu söyləməyə əsas vermir. Rusiya-Ukrayna müharibəsi, eləcə də bir sıra regionlarda baş verən müharibə və münaqişələr, həmçinin bu müstəvidə Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında baş tutan təmaslar, dünyanın yenidən bölüşdürülməsi üçün yetərli deyil. Hazırda bir çox regional güclərin qlobal güc olmaq perspektivini nəzərə alsaq, müasir dövrdə yeni dünya nizamını formalaşdıra biləcək aktorların sayının kifayət qədər çox olduğunu deyə bilərik. Bu sıraya Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS kimi beynəlxalq təşkilatları, həmçinin Avropa İttifaqını da əlavə etsək, mənzərə tamamilə dəyişir. Əgər Millətlər Liqasının süqutundan və İkinci Dünya müharibəsindən sonra yeni qlobal təsisatın - BMT-nin yaradılmasına, təxminən altı ay lazım gəldisə, həmçinin qlobal qütbləşmənin əsasını qoyan Şimali Atlantika Alyansının (NATO) formalaşması dörd il vaxt apardısa, hazırda beynəlxalq təşkilatların birtərəfli qaydada sıradan çıxarılması prosesinin müqavimətlə qarşılandığını nəzərə alsaq, yeni dünya düzəninin formalaşması, ən azı beş il davam edə bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728