bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qazaxıstan "Azərbaycan Dəmir Yolları"na vaqon dəstəyi göstərəcək

4-03-2025, 12:00 0 dəfə baxılıb

 "Qazaxıstan Dəmir Yolları" milli şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) vaqon dəstəyi göstərəcək.

“Bizimlider” xəbər verir ki, bunu Bakıda "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM, Orta Dəhliz) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov assosiasiyanın iclasında bildirib.

"Bugünkü iclasda icra orqanının işinin təşkili, TBNM üzrə vaqon ehtiyatının formalaşdırılması, həmçinin "Qazaxıstan Dəmir Yolları" tərəfindən Azərbaycan və Gürcüstan dəmir yollarına vaqon dəstəyinin göstərilməsi ilə bağlı məsələlər müzakirə olunacaq", - o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Çinin Sian şəhərində TBNM-in nümayəndəliyinin açılması planlaşdırılır.

Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. Marşrutun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin 2027-ci ilə qədər onun ötürmə qabiliyyətini 10 milyon tona qədər artırmağa imkan verəcəyi gözlənilir.

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün "Middle Corridor Multimodal Ltd" birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031