bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Orta Dəhlizlə nəql olunan neftin gözlənilən illik həcmi açıqland;

1-07-2023, 11:00 3 dəfə baxılıb





Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ildə 20 milyon ton neftin nəql olunması planlaşdırılır.

Publik.az xəbər verir ki, bunu "SEMURG INVEST"in baş direktoru Nurcan Marabayev deyib.

Onun sözlərinə görə, həmçinin neft ixracı marşrutlarının diversifikasiyası ilə əlaqədar strateji məsələlərin həlli də planlaşdırılır.

"TBNM Mərkəzi və Şərqi Asiyadan Avropaya ən qısa və etibarlı daşıma yolu olmaqla müasir geosiyasi vəziyyətdə getdikcə daha çox əhəmiyyət kəsb edir. Çinlə Avropa arasında bütün kontinental daşımaların təqribən 80 faizi Qazaxıstan ərazisindən keçir. Kurık limanında illik 5,5 milyon ton aşırma gücünə malik neft terminalının tikintisi TBNM-in inkişafına mühüm töhfə verəcək. Layihənin icrasının təkcə birinci mərhələsi Orta Dəhlizlə ixrac olunan neft axının planlaşdırılan diversifikasiya həcminin 25 faizini qarşılamağa imkan verəcək", - o deyib.

N.Marabayev həmçinin qeyd edib ki, neft terminalı perspektiv olaraq kimyəvi maye yükləri, o cümlədən "yaşıl" ammonyakı işləməyə imkan verməklə neft-qaz, kimya sənayesi və "yaşıl" layihələr üçün maye yüklərin aşırılması üzrə imkanlar açır.

Qeyd edək ki, Kurık limanının inkişaf konsepsiyası özündə bir neçə terminalın inşasını birləşdirir. Hazırda liman ərazisində bərə kompleksi və nəqliyyat-logistika mərkəzi fəaliyyət göstərir. İki yan alma körpüsünün, keçid dəmir yollarının, taxıl terminalının birinci mərhələsinin və ümumi yük terminalının tikintisi başa çatıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930