bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi

5-03-2025, 22:00 0 dəfə baxılıb

 Xəzər Boru Kəməri Konsorsiumunun "Kropotkinsk" neft nasos stansiyası Rusiya ərazisində pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb və istismardan çıxarılıb.

Bizimlider xəbər verir ki, bu barədə konsorsiumun yaydığı məlumatda deyilib.

Bildirilib ki, hücum yeddi dron vasitəsilə həyata keçirilib. Stansiyanın əməkdaşları arasında xəsarət alan yoxdur, işçilər neftin dağılması təhlükəsinin qarşısını alıblar.

Sistem vasitəsilə neftin nəqli zədələnmiş stansiyadan yan keçməklə aşağı salınmış rejimdə həyata keçirilir.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Rusiya, Qazaxıstan, eləcə də xarici hasilat şirkətlərinin iştirakı ilə beynəlxalq neft nəqli şirkətidir. Uzunluğu 1.5 min kilometrdən çox olan Xəzər magistral neft kəmərinin tikintisi və istismarı üçün yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031