bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Pakistanda qatarda girov götürülən 155-ə yaxın sərnişin azad edilib

12-03-2025, 18:00 0 dəfə baxılıb

 Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində qatarda girov saxlanılan 155-yə yaxın sərnişini azad edib.

Bizimlider Geo TV-yə istinadən xəbər verir ki, qatarda təxminən 450 sərnişin olub. Onlar "Bəlucistan Azadlıq Ordusu"nun yaraqlıları tərəfindən girov saxlanılıblar.

Əməliyyat tədbirləri zamanı sərnişinləri girov saxlayan 27 yaraqlı zərərsizləşdirilib.

Xilasetmə əməliyyatının hələ başa çatmadığı bildirilir. Xilas edilən girovlardan bəziləri xəstəxanaya yerləşdirilib. Təxminən on girov silahlılar tərəfindən öldürülüb.

Pakistan təhlükəsizlik qüvvələri ekstremist "Bəlucistan Azadlıq Ordusu"nun silahlıları tərəfindən qatarda girov saxlanılan 450 sərnişindən azı 80-ni azad edib.

Bizimlider xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, azad edilənlər arasında 11 uşaq və 26 qadın var.

Martın 11-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində terror aktı baş verib. "Bəlucistan Azadlıq Ordusu" (BLA) ekstremist qruplaşmasının döyüşçüləri Kvetta şəhərindən Peşəvərə gedən sərnişin qatarına atəş açıb və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla təxminən 450 sərnişini girov götürüblər.

Bizimlider-in məlumatına görə, bu barədə Bəlucistan əyalətinin dəmiryol idarəsinin yüksəkvəzifəli məmuru Məhəmməd Kaşif "Agence France-Presse"ə bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031