Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı
"Rusiya və ABŞ Ukraynanın NATO-ya daxil olmasına qarşıdır".
Bizimlider-in TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.
"ABŞ və biz hesab edirik ki, Ukrayna tənzimlənməsi, həmçinin gələcəyi kontekstində NATO barədə söhbət gedə bilməz", - deyə Kremlin nümayəndəsi bildirib.