Rusiya MDB ölkələrinin liderlərini Kazana çağırdı: Nə baş verəcək?
MDB ölkələrinin liderləri Kazanda keçiriləcək BRİKS sammitinə dəvət olunublar.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Doqquz üzv ölkədən başqa, MDB ölkələrinin liderləri də dəvət olunub”, - deyə Uşakov bildirib.
O qeyd edib ki, Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə rəhbərlik edən dövlət başçılarına da dəvətlər göndərilib.
“Təbii ki, təşkilata üzvlüyə və ya BRİKS-də əməkdaşlığın bu və ya digər formasına can atan bir çox ölkələrin liderləri də dəvət olunub”, - deyə Uşakov bildirib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 23 dövlət artıq iqtisadi bloka qoşulmaq arzusunu bildirib.