İran rusiyalı jurnalisti sərbəst buraxdı
İran hökuməti oktyabrın əvvəlində Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuziki sərbəst buraxıb.
Bu haqda məlumatı Rusiyanın İrandakı səfirliyi yayıb. Məlumatda Yuzikin İrandan Moskvaya təyyarə ilə yola salındığı bildirilib.
Xatırladaq ki, jurnalist Yuliya Yuzik oktyabrın 2-də Tehranda saxlanılıb. İran tərəfi onu İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilib. Kreml belə bir addımın yolverilməz olduğunu bildirib.