bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İrandan BMT-yə MÜRACİƏT

4-01-2020, 21:04 75 dəfə baxılıb

İrandan BMT-yə MÜRACİƏT
İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) "Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra İranın özünümüdafiə hüququ var.

TASS xəbər verir ki, bu barədə İran hakimiyyətinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirilib.

"İran beynəlxalq hüquqa uyğun olaraq lazımi tədbirlər görmək, xüsusən də özünümüdafiə hüququna malikdir”,-deyə məktubda qeyd olunub.
Həmçinin bildirilib ki, ABŞ terrorizm əleyhinə mübarizə aparanlarla vuruşur.

Müraciət müəlliflərinin fikrincə, bu, bütövlükdə beynəlxalq terrorizmə qarşı mübarizəyə xələl gətirir, həmçinin münaqişə zonasında gərginliyi artırır.

Qeyd edək ki, general Qasım Süleymani Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində ölüb. Məlumata görə, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930