bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkmanlar Kərkükdə etiraz aksiyası keçirdi

16-01-2020, 10:57 115 dəfə baxılıb

Türkmanlar Kərkükdə etiraz aksiyası keçirdi
İraqın şimalında yerləşən Kərkük şəhərində böyük nüfuza malik türkmanlar bölgənin Təhsil İdarəsində edilən yeni təyinatlarla bağlı etiraz aksiyası keçirib.
“Anadolu” xəbər verir ki, etirazçıların fikrincə, kadr dəyişiklikləri ədalətsizdir.

Aksiyada müxtəlif ali təhsil ocaqlarının yüzlərlə məzunu iştirak edib.

Onlar uzun illərdir ki, türkmanlara qarşı edilən ayrı-seçkilik səbəbindən iş tapa bilmirlər.

Türkman qeyri-hökumət təşkilatlarından birinin rəhbəri İstibrak Yazaroğlu son təyinatları edərkən türkmanların nəzərə alınmadığını bildirib.

Etirazçılar Kərkük qubernatoru Rakan Səidinin türkmanların hüquqlarının pozulmasına məhəl qoymamasından da narazı olduqlarını qeyd ediblər.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031