bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Boris Conson: "Britaniya Avropa Birliyindən çıxmağa hazırdır"

23-01-2020, 10:12 87 dəfə baxılıb

Boris Conson: "Britaniya Avropa Birliyindən çıxmağa hazırdır"
Britaniyanın Baş naziri Boris Conson əminliklə bildirib ki, “Brexit” qanun layihəsinin ölkə parlamentinin hər iki palatası tərəfindən təsdiqləndikdən sonra Krallıq planlaşdırılan tarixdə - yanvarın 31-də Avropa Birliyini (AB) tərk etməyə hazırdır.
TASS xəbər verir ki, bu barədə Baş nazirin Katibliyi məlumat yayıb.

“Parlament Avropa Birliyini tərk etmək üçün qanunu qəbul edib. Bu o deməkdir ki, Birləşmiş Krallıq yanvarın 31-də AB-dən çıxacaq və bütövlükdə əsas hədəfə doğru irəliləyəcək. Bəzən görünürdü ki, heç vaxt “Brexit” finiş xəttini keçməyəcəyik, amma nəhayət, buna nail olduq”, -deyə Baş nazir deyib.

Conson “Brexit” tərəfdarlarını və əleyhdarlarını çəkişmələrə son qoymağa və Krallığın aktual problemlərinin həllinə, cinayətkarlığa qarşı mübarizəyə və xəstəxanaların fəaliyyətinin yaxşılaşdırılmasına diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, yanvarın 22-də Britaniya Parlamentinin Lordlar Palatası “Brexit" sazişini təsdiqləyib.

Qanun layihəsi parlamentdəki bütün mərhələlərdən keçib.

Layihənin bu gün Kraliçaya təqdim edilməsi gözlənilir.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930