bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Çinlilərin Rusiyaya girişi qadağan edildi

28-01-2020, 13:52 145 dəfə baxılıb

Çinlilərin Rusiyaya girişi qadağan edildi
Rusiyada fəaliyyət göstərən turoperatorlar koronavirusla bağlı vəziyyətin gərginləşməsi səbəbindən ölkəyə yeni turist qruplarının qəbulunu dayandırıblar. "Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Səyahət Sənayesi Birliyi məlumat yayıb.

"Dünən bəzi qruplar gəldilər. Hazırda bütün siyahılar yoxlanılıb. Bu gündən etibarən çinlilərdən ibarət bütün qrupların Rusiyaya girişi ləğv edilib”, - deyə təşkilatdan bildirilib.

Eyni zamanda, əvvəllər ölkəyə gələn ÇXR vətəndaşlarının proqramına müdaxilə edilməyəcəyi və Rusiya ərazisini vaxtından əvvəl tərk etməyəcəyi qeyd olunur. Çin hökuməti də xaricə səyahət qruplarının göndərilməsinə məhdudiyyətlər qoyub. Bununla birlikdə, müvafiq qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul edilmir. Belə ki, regional hakimiyyətin istəyi ilə bəzi əyalətlərdə tez, digərlərində daha gec olur.

Xatırladaq ki, son məılumatlara görə, Çində koronavirusa yoluxanların sayı 4515-ə çatıb. Onlardan 106-sı dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30