“Paşinyan özünü çaşqın və zəif lider kimi göstərdi”
“Azərbaycanın mövqeyi gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində üstün olacaq, Bakının fəal diplomatiyası həmişə uğurlu olub”.
Bu sözləri amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı baş tutan polemikaları şərh edərkən deyib.
“Qeyd edim ki, çıxışı zamanı Prezident İlham Əliyev Avropa təhlükəsizliyi üçün önəmli olan Azərbaycanın tam ərazi suverenliyinin vacibliyini vurğuladı. Hesab edirəm ki, Azərbaycan Prezidenti bu vəziyyətdə uzaqgörən lider, Almaniya və Avropa ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığının daimi tərəfdarı kimi çıxış etdi”, - P.Teys bildirib.
Onun fikrincə, ATƏT Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində təşkil etdiyi münaqişə çərçivəsində beynəlxalq humanitar hüquq prinsiplərini tamamilə qoruya bilməyib.(report)