bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı

17-02-2020, 22:21 103 dəfə baxılıb

Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı
Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 694 nəfərə çatıb, onlardan 3-ü dünyasını dəyişib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

“Çin hökuməti koronavirusa 70 635 yoluxma halı, o cümlədən 1 772 ölüm halı haqqında məlumat verib. Son 24 saat ərzində Çin hökuməti klinik və laboratoriya üsulu ilə təsdiqlənmiş 2 051 yeni yoluxma halı barədə bildirib. Çin hüdudlarından kənarda ÜST 25 ölkədə 694 yoluxma halı və üç ölən haqqında məlumat alıb”, - baş direktor deyib. (Report.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30