bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Koronavirusun yayıldığı ölkələrin sayı artır

10-03-2020, 12:52 147 dəfə baxılıb

Koronavirusun yayıldığı ölkələrin sayı artır
Mərkəzi Amerika ölkəsi olan Panamada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Bunu ölkənin Prezidenti Laurentino Kortiso “Twitter” səhifəsində yazıb.

Məlumata görə, yoluxan şəxs panamalı qadındır. O, daha öncə İspaniyanın paytaxtı Madridə səfər edib.

Qeyd edək ki, İspaniya koronavirusun ən çox yayıldığı 6-cı ölkədir. Orada virus daşıyıcılarının sayı 1 200 nəfərdən çoxdur. Ölənlərin sayı isə 30-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 458-ə çatıb. Bunların 64 100 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.(report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031