İtaliyada Avropa Birliyinin bayrağını yandırırlar - Video
Koronavirus İtaliyada həm də siyasi baxışları dəyişə bilər. İtalyanların fikrincə, Avropa Birliyi ölkənin yanında dayanmayıb. Avropa ölkəsinə daha çox Rusiya, Kuba kimi dövlətlər yardım göstərməyə çalışıb.
Bizimyol.info xəbər verir ki, İtaliyada Avropa Birliyinin bayrağını yandırırlar. Sosial şəbəkələrdə bununla bağlı video paylaşılıb. Görüntülərdə insanların İtaliya himninin sədaları altında Avropa Birliyinin bayrağına od vurduğu gözə dəyir.
İtaliya koronavirusdan ölüm sayına görə dünyada birincidir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Avropa ölkəsində 10 min 23 nəfər həyatını itirib. İndiyə qədər İtaliyada 92 min 472 nəfərdə virus aşkarlanıb.
Dünyada virus daşıyıcılarının sayı 700 minə yaxınlaşır. Koronavirus təxminən 32 min insanın həyatına son qoyub.