bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Futbol oyunu alqı-satqısına görə daha 9 nəfər saxlanılıb

28-12-2019, 12:19 149 dəfə baxılıb

Futbol oyunu alqı-satqısına görə daha 9 nəfər saxlanılıb
İspaniya polisi futbol üzrə İtaliya A Seriyasındakı matçların manipulyasiyası və qeyri-qanuni mərclərin təşkili ilə mübarizə tədbirləri çərçivəsində 14 nəfəri saxlayıb.

“Europol” (Avropa İttifaqı polisi) tərəfindən koordinasiya edilən əməliyyatda İspaniya polisi və İtaliya hüquq-mühafizə orqanları iştirak edib. Araşdırmaların ikisi İtaliyada, digərləri isə İspaniyada aparılıb.

İspaniya polisi bildirib ki, istintaq zamanı A Seriyasında oyunların manipulyasiyası üçün bir neçə dəfə cəhd edilib.

Qeyd edək ki, İspaniyada oyun alqı-satqısı ilə bağlı əməliyyatın ilk hissəsi may ayında baş tutub. Daha sonra ölkənin II liqasındakı matçların təşkilində şübhəli bilinən 11 nəfər saxlanılıb. İstintaqın məlumatına əsasən, qrupun başında "Real Madrid"in sabiq futbolçuları Karlos Aranda və Raul Bravo olub. Polis noyabr ayının sonlarında eyni səbəbdən 9 nəfəri saxlayıb.(report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031