bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

NATO koronavirusun yayılması ilə əlaqədar təcili toplanır

1-04-2020, 20:21 133 dəfə baxılıb

NATO koronavirusun yayılması ilə əlaqədar təcili toplanır
NATO (North Atlantic Treaty Organization - Şimali Atlantika Müqaviləsi Təşkilatı) koronavirus epidemiyası səbəbindən hərəkətə keçib.

Dünyada minlərlə insanın ölümünə səbəb olan və yüz minlərlə insanın yoluxduğu koronavirus epidemiyasına görə, sabah NATO Xarici İşlər nazirlərinin təcili toplantısı keçiriləcək.

Bu barədə Sondakika.com xəbər yayıb.

NATO koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkələri ciddi tədbirlər görməyə dəvət edir.

Martın 30-na olan məlumata görə, Brüsseldə yerləşən NATO qərargahının beş əməkdaşında koronavirus aşkarlanıb.

Dəqiq sayı məlum olmasa da, dünyanın müxtəlif ərazilərində hərbi missiyalarda iştirak edən hərbçilər arasında yoluxma hallarının baş verdiyi bildirilir.

Qərargahda işçilərin və iclasların sayının azaldılması ilə yanaşı, vacib olmayan səfərlərə də qadağa qoyulub.

NATO müttəfiqlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan bəzi təlimlər də COVID-19 səbəbi ilə ləğv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30