Qardaş ölkədə bütün koronavirus xəstələri pulsuz müalicə ediləcək
Türkiyə yeni növ koronavirusa yoluxan şəxslərin müalicəsi ödənişsiz olacaq.
Yeniavaz.com "Hürriyət" qəzetinə istinadla xəbər verir ki, Türkiyədə COVİD-19-a yoluxan bütün vətəndaşların pulsuz müalicə ediləcəyi bildirilib.
Verilən məlumatlarda xəstələrin müalicəsi zamanı tibbi sığortasının olub-olmamasına baxılmayacaq.
Türkiyənin Səhiyyə Nazirliyi həmçinin açıqlayıb ki, yeni növ koronavirusa yoluxanların hamısı istisnasız olaraq bütün tibbi ləvazimatlarla da pulsuz təmin ediləcək.