bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İsrail alimləri koronavirusa qarşı peyvənd hazırladılar - AÇIQLANACAQ

12-03-2020, 11:12 98 dəfə baxılıb

İsrail alimləri koronavirusa qarşı peyvənd hazırladılar - AÇIQLANACAQ
İsrailli alimlər yeni tip koronavirusa (COVID-2019) qarşı peyvənd hazırlayıblar.

Modern.az xəbər verir ki, bu barədə İsraildə nəşr olunan Haaretz qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, yaxın günlərdə İsrail mərkəzi bir araşdırma mərkəzinin yeni bir növ koronavirusun müalicəsi üçün bir peyvənd hazırladığını elan edəcək.

Hazırda İsrailin Ness Ziona şəhərində Bioloji Tədqiqatlar İnstitutunun tədqiqatçıları COVID-2019-a qarşı peyvənd hazırlamaq üçün çalışırlar.

İsrail Səhiyyə Nazirliyinin adları açıqlanmayan rəsmilərinə əsaslanan xəbərdə mütəxəssislərin virusun bioloji mexanizmini anlamaqda "əhəmiyyətli bir irəliləyiş" etdiklərini və bir neçə gün ərzində virusa qarşı peyvəndin adını açıqlayacaqlarını iddia ediblər.

Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyi, ölkədə yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayının 97 nəfərə çatdığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30