bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Lavrovun “həll planı”: O, nəyi “unudur” və təhrif edir? - TƏHLİL

24-04-2020, 12:04 91 dəfə baxılıb

Lavrovun “həll planı”: O, nəyi “unudur” və təhrif edir? - TƏHLİL
Lavrovun “Mərhələli həll” planı ilk başda müsbət görünsə də, ehtiyatla yanaşmaq lazımdır. Çünki o, əvvəllər də oxşar bəyanatlar verib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Qorçakov Fondunun təşkil etdiyi onlayn dəyirmi masa zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Lavrovun BMT Təhlükəsizlik Şurasının qətnamələri haqqında söylədiyi fikirlər yarımçıqdır:

“Qətnamələrdə qeyd olunur ki, Ermənistan qoşunları işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmalı, bundan sonra danışıqlara başlanmalıdır. Burada ən önəmli məqam da qoşunların işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasından sonra danışıqların başlanmasıdır. Lavrov isə çıxışında qeyd edib ki, ətraf rayonlar geri qaytarıldıqdan sonra danışıqlar prosesinə başlana bilər. Düşünürəm ki, Lavrov bu ifadələrində bilərəkdən BMT qətnamələrini təhrif edir. Hər halda bu, qəbul edilə bilməz. Çünki hər dəfə bu cür təhriflərin edilməsi zamanla qətnamələrin mahiyyətini itirməsinə gətirib çıxara bilər”.

Politoloq qeyd edib ki, Ermənistan işğal olunmuş torpaqlardakı qüvvələrin ona aid olmadığını deyir:

“Hətta bu qoşunları “özünümüdafiə dəstələri” adlandırır. Lakin BMT qətnamələri göz qabağındadır və orada işğalçı da, işğaldan əziyyət çəkən də açıqca qeyd olunub. Bütün qətnamələrdə işğal olunan ərazilər və ətraf rayonlar yazılıb. Yəni BMT qətnamələri bu gün heç bir halda təhrif edilə bilməz”.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan heç vaxt müharibə istəməyib:

“Lavrov çıxışı zamanı müharibənin dayandırılmasının vacibliyini qeyd edib. Məsələ ondadır ki, Azərbaycan heç bir ölkə ilə müharibə aparmır. Müharibə Azərbaycana qarşı açılıb, torpaqları işğal olunub, bir milyondan artıq vətəndaşı torpaqlarından didərgin salınıb. Bu, ədalətsiz, qeyri-insani bir müharibədir və səbəbkarı Ermənistandır. Yaxşı olardı ki, bu yöndə onlara ciddi təzyiqlər edilsin. Azərbaycan bu müharibəyə zorla cəlb edilib. Biz özümüzü müdafiə etməyə məcbur olmuşuq. Bununla belə Ermənistan bəzi qüvvələrin hesabına qanuni torpaqlarımızı işğal edib. Bu gün danışıqlar prosesindən danışmalı olsaq, birinci növbədə bu məsələ aktuallaşmalıdır”.

Politoloq vurğulayıb ki, BMT qətnamələrindən əlavə, ortada Kazan, Sankt-Peterburq, Madrid prinsipləri də var:

“Yəni bu sənədlərdə əldə olunan razılıqlar da danışıqlar prosesində qeyd edilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930