Yer kürəsinin ən böyük aysberqi dağılmağa başlayıb - VİDEO
Antarktida sahillərində yerləşən dünyanın ən böyük aysberqi dağılmağa başlayıb.
BBC agentliyi xəbər verir ki, bu barədə Böyük Britaniyanın Suonsi Universitetinin tədqiqatçıları məlumat yayıb.
A-68 aysberqinin 175 kvadrat metr sahəyə malik hissədən məhrum olması onun tamamilə əriməsinə səbəb ola bilər.
Aysberq 2017-ci ilin iyulunda Larsen buzlağından qopub. O vaxt aysberqin sahəsi 5,8 min kvadrat metr təşkil edirdi ki, bu da Lüksemburqun sahəsindən iki dəfə böyükdür.