Qonşu ölkədə hava limanları koronavirusla əlaqədar sertifikatlaşdırılacaq
Türkiyədə bütün hava limanları yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı sertifikatlaşdırılacaq.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Nazir qeyd edib ki, hava limanlarında COVID-19-a qarşı bütün tədbirlər həyata keçiriləcək.