Ukrayna prezidentinin ofisində koronavirusa yoluxma aşkarlandı
Son iki gündə Ukraynada Prezident Aparatında və Dövlət Təhlükəsizliyi İdarəsində koronavirusun yayılması qeydə alınıb.
Bu barədə Strana.ua Prezident Aparatındakı mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Müvəqqəti İşğal Olunan Ərazilərin Reinteqrasiyası naziri Aleksey Reznikov koronavirusa yoluxub. Bundan əlavə, Ukrayna prezidentinin müşaviri Ruslan Demçenkoda COVID-19 aşkarlanıb.
Qeyd edək ki, sözügedən yüksək vəzifəli məmurların hər ikisi dünən Parisdə Fransa liderinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonnla görüşüblər.
Onların hər ikisinin diaqnozu dünən gecə məlum olub.
Daha əvvəl Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskayanın koronavirusa yoluxması barədə xəbər yayılmışdı.