Yeni yoluxucu xəstəliyə tutulmuş yeniyetmə vəfat etdi
Monqolustanda bubon taununa yoluxan yeniyetmə vəfat edib.
TASS məlumat verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bubon taunundan ölən 15 yaşlı oğlan ölkənin cənub-qərb vilayətinin sakinidir. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Rəsmi məlumata əsasən, hadisədən bir neçə gün əvvəl yeniyetmə oğlan dostları ilə birlikdə tarbaqan (monqol marmotu) ətindən hazırlanmış yemək yeyib.
Yoluxmuş şəxslə yaxın təmasda olan 20 nəfər karantinə alınıb.