bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Türkiyə Azərbaycana hərbi əməliyyatları dayandırmamağı deyib” - Paşinyan Ankaraya yenə şər atdı

14-10-2020, 11:46 148 dəfə baxılıb

“Türkiyə Azərbaycana hərbi əməliyyatları dayandırmamağı deyib” - Paşinyan Ankaraya yenə şər atdı
Yalnız Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyindəki dəyişiklik Azərbaycanı hərbi əməliyyatları dayandırmağa sövq edə bilər.

Bizimlider.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu Reuters agentliyinə verdiyi müsahibəsində bəyan edib.

Əlavə edib ki, atəşkəs razılaşması qəbul edilməzdən əvvəl (Moskvada – red.) Türkiyə artıq Azərbaycanın hərbi əməliyyatların dayandırılmamasını bildirmişdi və müqavilə qəbul edildikdən sonra Türkiyə xarici işlər naziri Azərbaycana zəng edib: “Bu əslində heç bir halda hərbi əməliyyatların dayandırılmasına getməmək üçün göstəriş idi”.

“Türkiyə Cənubi Qafqaza Aralıq dənizi bölgəsində Yunanıstan və Kiprlə yanaşı Liviya, Suriya və İraqla bağlı siyasətini davam etdirmək üçün gəlib.

Türkiyə Qarabağ məsələsinə qərar vermir, erməni soyqırımı siyasətini davam etdirməyə çalışır, çünki Cənubi Qafqazda Ermənistan və ermənilər genişlənmə hədəflərini həyata keçirmək yolunda son maneədir. Bütün Cənubi Qafqaz Suriyaya çevrilə bilər və bu atəş çox sürətlə şimala, cənuba, şərqə yayılacaq” deyib.

Haşiyə: Ali təhsili olmayan və başa çatmayan baş nazirin sərsəm açıqlamasını nöqtəsinə-vergülünə toxunmadan verməkdə məqsədimiz Ermənistanın doğrudan da zəlil günə düşməyini və hərbi əməliyyatlarda tam məğlubiyyətə uğramalarını göstərməkdir. Paşinyan unudur ki, işğal edilən Qarabağda erməniləri o dünyaya göndərən Azərbaycan ordusunun hərbçiləridir. Türklər bura gəlsələr, İrəvan, Zəngəzur, Göyçə mahalı və Ermənistana Çar Rusiyası tərəfindən hədiyyə edilən digər torpaqlarımız geri alınar. Yəqin o gün də gələcək. O missiyanı da Azərbaycan əsgəri yerinə yetirəcək. Türkiyənin isə dik ayaqda durması, mənəvi dəstək verməsi bizə bəsdir…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30