bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistanda 13 MiQ-29 peyda oldu - FOTO

22-10-2020, 15:10 123 dəfə baxılıb

Ermənistanda 13 MiQ-29 peyda oldu - FOTO  Rusiyanın Hava-Kosmik Qüvvələri Ermənistana ən azı 13 Miq-29 təyyarəsi yollayıb.

Bizimlider.com avia.pro-ya istinadən bildirir ki, İrəvandakı Erebuni hərbi aviabazasının peykdən çəkilmiş fotoları buna dəlalət edir.

Söhbət məhz Rusiyanın hərbi təyyarələrindən gedir, çünki Ermənistanın Hərbi-Hava Qüvvələrində rəsmi olaraq MiQ-29 qırıcıları yoxdur.

Fotoda MiQ-29 qırıcıları ilə yanaşı, 13 hərbi helikopter də görünür. Bu isə hərbi aerodromun yetərincə ciddi potensialına dəlalət edir.

Ermənistan ərazisində ciddi hərbi qruplaşmaya malik olmasına rəğmən, Rusiya Qarabağdakı hərbi əməliyyatlara müdaxilə etməməyə üstünlük verir. Rəsmi Moskva münaqişəni diplomatik yollarla həll etməyə çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30