İranın və ABŞ-ın hərbi təyyarələri havaya qaldırıldı
İranın hərbi təyyarələri havaya qaldırılıb.
Bu tədbirlər ABŞ-ın BƏƏ-dəki hərbi bazasından qırıcıların havaya qaldırılmasına cavab olaraq görülüb.
Xatırladaq ki, ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbinədki Ayn əl-Əsəd hərbi hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.