"Bayden də dostdur, lakin Tramp qalib gəlməsə, ... " - İsrailli nazir
İsrailin Daxili İşlər naziri Arye Deri ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı açıqlama verib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, nazir seçkilərdə Donald Trampın qalib gəlməsi üçün dua etdiyini bildirib.
Arye Deri fikrini belə əsaslandırıb:
“Tramp son 4 ildə yəhudilərə və İsrailə sədaqətini sübut edib. Demokratların namizədi Cozef Bayden də İsrailin dostudur. Lakin Tramp qalib gəlməsə, İran, Hizbullah və HƏMAS sevinəcək.