bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tramp Navalnının zəhərlənməsi ilə bağlı vəziyyəti şərh etdi

5-09-2020, 13:04 312 dəfə baxılıb

Tramp Navalnının zəhərlənməsi ilə bağlı vəziyyəti şərh etdi
"ABŞ-da Alexey Navalnının zəhərlənməsinə dair heç bir dəlil yoxdur və hələ nə baş verdiyini dəqiq bilmirik”, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp deyib.


ABŞ lideri əlavə edib ki, nə baş verdiyini dəqiq bilmir: "Düşünürəm ki, bu bir faciədir, bu dəhşətlidir, bu olmamalıdır. Hələ heç bir dəlilimiz yoxdur, amma araşdıracağam”.


Tramp Navalnının həqiqətən də zəhərləndiyi ortaya çıxarsa, çox qəzəblənəcəyini bildirib: Verilən məlumatları və sənədləri araşdıracağıq, çünki yaxın bir neçə gün ərzində bizə çoxlu sənəd göndəriləcək”.


O, həmçinin, ABŞ rəsmilərinin Navalnı ilə bağlı Almaniyanın gəldiyi nəticələri də şübhə altına almadığını söyləyib: "Xeyr. Almaniyanın nəticələrinin qəti olduğunu eşitdim. Lakin onları hələ görməmişik”.


Xatırladaq ki, çərşənbə günü Almaniya hökuməti "Bundesver” institunun toksikoloqlarının Navalnının analizlərinin nəticələrinə əsasən, onun "Noviçok” qrupundan olan kimyəvi maddə ilə zəhərləndiyi barədə açıqlama verib.

(CNN)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30