bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ÜST koronavirusun bütün dünyada yayılmasının səbəbini AÇIQLADI

19-01-2021, 11:45 113 dəfə baxılıb

ÜST koronavirusun bütün dünyada yayılmasının səbəbini AÇIQLADI
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Hazırlıq və Reaksiya təminatı üzrə müstəqil qrupu bildirib ki, Çin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli tədbir görə bilərdi.

Bizimlider.com “Report”a istinadla xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.

Ekspertlərin fikrincə, epidemiyanın qlobal yayılmasına ilk günlərdə gizlədilməsi səbəb olub.

ÜST-də bildiriblər ki, Çində "erkən siqnallara daha sürətli reaksiya vermək üçün imkanlar vardı".

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Pandemiyanın əvvəlindən dünyada virusa 95 milyon yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 52 milyon insan sağalıb, 2 milyondan çox insan pandemiyanın qurbanı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031