bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

BMT qlobal fəlakət barədə xəbərdarlıq etdi

7-05-2021, 08:49 144 dəfə baxılıb

BMT qlobal fəlakət barədə xəbərdarlıq etdi



Ötən il Yerin temperaturu son 3 milyon ildə rekord səviyyəyə çatıb.

Bunu “Petersberq iqlim dialoqu” konfransında çıxışı zamanı BMT Baş katibi Antoniu Quterreş bildirib.

Baş katibin sözlərinə görə, dövlətlərin atmosferə buraxılan zərərli tullantıların azaldılması üzrə mövcud öhdəlikləri qlobal iqlim fəlakətini önləmək üçün yetərli deyil.

“Ötən il ekstrimal hava və təbii kataklizmlər baxımından yeni rekordlar qeydə alındı. Son üç milyon ildə ilk dəfə Yerin hərarəti normadan 3 dərəcə artıq, dəniz səviyyəsi isə 15 metr yüksək oldu”, - deyə BMT rəhbəri qeyd edib.

O vurğulayıb ki, bu gedişlə dünya sürətlə fəlakətli isinmə dövrünə doğru irəliləyir.

Bununla yanaşı, A.Quterreş ölkələrin birgə fəaliyyəti sayəsində iqlim dəyişikliklərinin ən qorxunc fəsadlarının qarşısının alanacağına ümid etdiyini də əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30