bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünyanın “yeni” ən yaşlı insanı fransız rahibə oldu: “Tanrı məni çağırmağı unudub deyəsən”

1-05-2022, 08:00 198 dəfə baxılıb

Dünyanın “yeni” ən yaşlı insanı fransız rahibə oldu: “Tanrı məni çağırmağı unudub deyəsən”
Dünyanın ən yaşlı insanı olaraq tanınan yapon Keyn Tanaka 19 apreldə dünyasını dəyişib. Dünyanın ən yaşlı insanı artıq fransız rahibə Lucile Randondur.

Fransada doğulan və rahibə Andre adı ilə tanınan 118 yaşındaki Lucile Randon Keyn Tanakanın ölümündən sonra təsdiq edilmiş ən yaşlı insan olub.

Lucile Randon 11 fevral 1904 -cü ildə dünyaya gəlib. Dünyanın ən yaşlı insanı olan qadın həyatı boyu iki dünya müharibəsi, 18 Fransa prezidenti, 24 ingiliz prezidenti görüb.

Rahibə Andre ile bağlı bir nüans da var. Koronavirusa yoluxan rahibə bu xəstəlikdən də sağalmağa nail olub. 118-ci yaşını karantindən sonra qeyd edən Andre təbii yolla koronavirusdan sağalan ən yaşlı insan kimi də tarixə düşüb.

“Həyatdan getməyi düşünmürəm amma məni istəmirlər. Tanrı məni çağırmağı unudub deyəsən” – deyə rahibə yaşlılığı haqqında fikir bildirib.

Koronavirusa yoluxan və ölməkdən qorxmadığını ifadə edən rahibə Andre sevdiyi insanlarla birlikdə oluğu üçün xoşbəxt olduğunu deyib: “Amma böyük qardaşıma, babama, nənəmə qatıla bilmək üçün başqa bir yerdə olmaq istərdim”.

Mənbə: Haber Global






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930