bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyada ölkədən gedən İT mütəxəssisləri ilə əlaqə saxlamağa çalışırlar

1-05-2022, 08:00 39 dəfə baxılıb

Rusiyada ölkədən gedən İT mütəxəssisləri ilə əlaqə saxlamağa çalışırlar
Rusiya İqtisadiyyat Məktəbinin (RİM) rektoru Ruben Enikolopov Rusiyanı tərk etmiş və geri qayıtmağı planlaşdırmayan İT mütəxəssisləri ilə əlaqə saxlamağa çağırıb.

Onun sözlərinə görə, hazırda bir çox İT mütəxəssisi Rusiyanı tərk edib və kimin müvəqqəti, kimin daimi olduğu hələki bəlli deyil. "Və hətta gedənlərin bir çoxu Rusiya ilə işgüzar əlaqələr saxlayır və təbii ki, biz bu əlaqələri mümkün qədər qorumağa çalışmalıyıq" – deyə Enikolopov qeyd edib.

O, mütəxəssislərinin böyük hissəsinin uzunmüddətli getdiyini ehtimal etdiyini deyib. “Və onlar qalanlarla gedənlər arasında bağlayıcı keçid ola bilər. Onlar vasitəsilə inkişaf proseslərini davam etdirmək mümkün ola bilər” – deyə o əlavə edib.

Eyni zamanda bildirilib ki, hazırda Rusiya hökumətindən düzgün siqnallar gəlir, “gedənlərə geri qayıtmaları üçün rahat şərait yaradılmalı, geri qayıtmasalar - iş münasibətlərinin davam etdirilməsi üçün şərait yaradılmalıdır”.

Mənbə: Lenta.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031