Odessaya raket zərbəsi: Ölən və yaralananlar arasında uşaqlar da var
Odessaya raket zərbəsi nəticəsində 13 yaşlı uşaq ölüb. Yetkinlik yaşına çatmayan daha bir nəfər şəxs isə ağır yaralanıb.
Bu barədə Ukrayna xalq deputatı Aleksiy Qonçarenko özünün "Facebook” səhifəsində yazıb.
"İlkin məlumatlara görə, Odessaya raket hücumu nəticəsində 13 yaşlı uşaq həlak olub, 17 yaşlı qız isə ağır yaralanıb”, - Qonçarenko bildirib.
Deputat qeyd edib ki, başqa yaralı və ölən şəxslər də var. Lakin onların sayını açıqlamayıb.
Xatırladaq ki, mayın 2-də Odessada güclü partlayış səsləri eşidilib. Sonradan məlum olub ki, Rusiya hərbçiləri şəhərin infrastruktur obyektlərinə və dini məbədə raket zərbələri vurublar.