bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukrayna və Rusiya atəşkəs RAZILIĞINA GƏLDİ

5-05-2022, 09:37 40 dəfə baxılıb

Ukrayna və Rusiya atəşkəs RAZILIĞINA GƏLDİ


Ukrayna və Rusiya “Azovstal” ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.

Bunu Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk deyib.

“Bu vaxt hərbçilərimizə qadın və uşaqları dağıntılar altından və zirzəmilərdən çıxarıb təxliyə məqsədilə təhvil vermək üçün lazımdır. Ruslar “Azovstal”ın bütün yollarını minalayırlar. Ona görə də avtobusların əraziyə çata bilməsi üçün minaları təmizləməyə də əlavə vaxt lazımdır”, - deyə Vereşçuk bildirib.

Nazirin sözlərinə görə, hazırda söhbət yalnız mülki şəxslərin təxliyəsindən gedir. Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını da qarşı tərəfə verib. Lakin onların çıxarılması ilə bağlı hələlik razılaşmaq mümkün olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30