bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukraynaya Aİ-də namizədlik statusunun verilməsi üçün zəruri addım tamamlandı - FOTO

10-05-2022, 13:52 31 dəfə baxılıb

Ukraynaya Aİ-də namizədlik statusunun verilməsi üçün zəruri addım tamamlandı - FOTO
Kiyev Ukraynanın Avropa İttifaqına üzvlük üçün namizəd statusu almaq imkanlarını qiymətləndirən sorğunun ikinci hissəsini tamamlayıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram” kanalında məlumat verib.


Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə videogörüş olub və Avropa İttifaqına üzvlüyə namizəd statusu əldə edilməsi üçün doldurulmuş sorğunun ikinci hissəsi nümayiş edilib.

"Bizim üçün bu vacib yolda aydın dəstək siqnallarına görə təşəkkür edirik”, - deyə prezident əlavə edib.

Qeyd edək ki, Avropa Komissiyasının anketinin doldurulması Ukraynaya Aİ-yə namizəd üzv statusunun verilməsi üçün zəruri addımdır. Sorğu vərəqəsinin birinci hissəsi aprelin 18-də Avropa Komissiyasına göndərilib. Bundan dərhal sonra ikinci hissədə işlərə başlanılıb.[center][/center]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031