Aİ ölkələrində “Russia Today” və “Sputnik”in fəaliyyəti qadağan ediləcək
Avropa İttifaqı “Russia Today” telekanalının yayımını və “Sputnik” agentliyinin üzv ölkələrdə fəaliyyətini qadağan edəcək.
Bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Biz Aİ-də Kremlin media maşını - dövlətə məxsus “Russia Today” və “Sputnik”, eləcə də onların törəmə şirkətlərinin fəaliyyətini qadağan edəcəyik. Biz Avropada zəhərli və zərərli dezinformasiyanın yayılmasının qarşısını almaq üçün alətlər hazırlayırıq”, - o, bildirib.
Mənbə: TASS