Hindistanda havanın temperaturu 49 dərəcəni keçib
Hindistanda havanın temperaturu paytaxt Dehlidə 49,2 dərəcəyə çataraq rekordu yeniləyib.
Dehli bölgəsinin şimalındakı iki ayrı meteoroloji stansiya 49 dərəcə selsidən yuxarı temperatur qeydə alıb.
Müvafiq olaraq, Mangeşpurda 49,2, Nəcəfqarhda havanın temperaturu 49,1 dərəcə olub.
Meteorologiya stansiyası yaranacaq güclü külək nəticəsində temperaturun bir qədər aşağı düşə biləcəyini açıqlayıb.
Bölgədə sonuncu rekord temperatur 1944-cü ildə Safdarjunqda 47,2 dərəcə Selsi ilə qeydə alınıb.
Mənbə: trthaber.com