Rusiya COVID-19-la bağlı sərhəd keçidi məhdudiyyətlərini ləğv edir
Rusiya iyulun 15-dən COVID-19-un yayılması ilə əlaqədar əvvəllər qoyulmuş sərhəd keçidi məhdudiyyətlərini ləğv edir.
BizimLider.com APA-ya istinadən Moskva müxbirinin məlumatına görə, bu barədə koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə operativ qərargahdan bildirilib.
Qeyd olunub ki, baş nazirin müavini Tatyana Qolikova Rusiyaya yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə operativ qərargahın növbəti iclasını keçirib.
“Müzakirədən sonra operativ qərargah 16 mart 2020-ci il tarixli 635-r və 27 mart 2020-ci il tarixli Rusiya Federasiyası Hökumətinin Sərəncamları ilə müəyyən edilmiş Rusiya Federasiyasının dövlət sərhədinin keçməsinə epidemioloji şərt olan müvəqqəti məhdudiyyətlərin 15 iyul 2022-ci il tarixindən ləğv edilməsi barədə qərar qəbul edib.