İranın XİN rəhbəri İtalyaya səfər ed
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan İtaliyaya səfər edib.
BizimLider.com-un Tehran bürosunun məlumatına görə, Hüseyn Əmirabdullahiyan bu gün səfərdən öncə jurnalistlərə bildirib ki, səfərin məqsədi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə etməkdir.
Qeyd edək ki, Hüseyn Əmirabdullahiyan nazir kimi ilk dəfədir ki, İtaliyaya səfər edir.