Ukrayna müharibəsində həlak olan uşaqların sayı artır
Dekabrda müharibədən zərər çəkmiş uşaqların sayı 20 nəfər artıb, onlardan 7 nəfəri ölüb.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Ümumilikdə, Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1313-dən çox uşaq zərər çəkib.
2022-ci il dekabrın 21-i səhər saatlarına olan məlumata görə, ölən ayaşlıların sayı 450, yaralanan uşaqların sayı 863 nəfərdir.
Dekabrın 21-nə olan məlumata görə, Rusiyanın bombardmanları və top atışları nəticəsində 3126 təhsil müəssisəsi zərər görüb, onlardan 337-si tamamilə məhv edilib.