Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı durmadan artır
Ukraynada Rusiya ordusunun hərbi əməliyyatları nəticəsində 225 uşağın öldüyü, 413 azyaşlının isə yaralandığı bildirilib.
Bu barədə Ukrayna baş prokurorluğu məlumat yayıb.
Həmçinin, qurumdan verilən açıqlamada Rusiya bombardmanları nəticəsində 1635 təhsil müəssisəsinin zərər gördüyü, onlardan 126-nın tamamilə məhv edildiyi qeyd edilib.