bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Putinin Qarabağ mesajı: Xankəndi üçün son mərhələ başlayır

13-09-2023, 10:26 0 dəfə baxılıb




Putinin müharibədən öncə baş verən Qarabağ danışıqları haqda dedikləri bizim üçün o qədər də əhəmiyyətli deyil, çünki bu məsələlər artıq keçmişdə qalıb. Bunu indi niyə gündəmə gətirməsinin isə iki mümkün səbəbi görünür:

Birincisi, Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə getmək planını aktivləşdirir, xüsusilə Nikolun son gedişlərindən sonra. Və bu prosesdə “Qarabağ kartı”ndan istifadə istəkləri aydın görünür. Putin, belə demək mümkünsə, fitili yandırır və Paşinyanı hədəf göstərir;

İkincisi, Qarabağın erməni əhalisinin yaşadığı ərazilərin taleyi ilə bağlı son mərhələyə qədəm qoyulub və yaxın dövrdə yekunlaşacağı istisna deyil. Ağdam-Xankəndi marşrutundan ilk keçid bu prosesi bir qədər də yaxınlaşdırdı; Rusiya onu “hami” rolunda görən ermənilərə deyir ki, “biz çox çalışdıq, amma Paşinyan bütün oyunu pozdu” və bununla statusun niyə olmadığını da izah etməyə çalışırlar;

Azərbaycan üçün əsas məqam Qarabağdakı hazırki vəziyyətlə bağlı dedikləridir. Rusiya prezidenti “humanitar problemlərdən, sülhməramlıların mandatından, etnik təmizləmədən” danışır və əlavə edir ki, rəsmi Bakı heç bir etnik təmizləmədə maraqlı deyil. Bu, Azərbaycana həm “kökə”, həm “kötək” göstərmək cəhdidir, yəni vəziyyətə uyğun mövqe sərgiləyəcəklər. Aydın görünür ki, Qarabağda son mərhələ ərəfəsində Moskva bölgədəki maraqları çərçivəsində razılaşmaq istəyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930