Heydər Əliyev - əbədiyaşar lider
Səkinə Mirzəliyev BDU- nin Fiziki və kolloid kimya kafedrasının dosenti,
kimya elmləri namizədi,
Zəfər medalı Mükafatcısı
Bütün dünya xalqları öz məşhurları ilə tanınır. Azərbaycan xalqı da çox xoşbəxt bir xalqdır ki, onun Heydər Əliyev kimi dahi oğlu və öndəri var. Onu dövlətimizin qurucusu, milli liderimiz adlandırırlar, xalqımızın xilaskarı, ər oğlu - deyə sevirik. Hər xalqın nəsibi deyil Heydər Əliyev kimi nadir bir şəxsiyyət yetirmək. O, milli dövlətimizin sadiq qurucusu, müdrik siyasətçisi, uzaqgörən dövlət xadimi olmaqla yanaşı, həm də xalqının ən şox güvəndiyi, etimad göstərdiyi övladı idi. Heydər Əliyevi haqlı olaraq milli liderliklə siyasi liderliyi özündə birləşdirən unikal şəxsiyyət adlandırırlar. O, bizim milli iftixar hissimizdir.
Heydər Əliyev Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərindən biridir. Azərbaycan xalqı onunla haqlı olaraq fəxr edir. Həyatı öz milləti ilə ayrılmaz olan Ulu Öndər dövlətçilik tariximizdə unudulmaz rəhbər, qüdrətli Lider və fədakar insan kimi əbədi iz qoyub. Şübhəsiz ki, Heydər Əliyev Azərbaycanı qəlbən sevən və bütün həyatı boyu Vətəni üçün bu yolda hər bir əzab-əziyyətə hazır olan dahi insan idi.
O, SSRİ kimi bir dövlətin ən yüksək rəhbər orqanlarından olan Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrinə qədər yüksəlmişdi. Heydər Əliyevin belə mötəbər bir siyasi zirvədə yer alması təbii ki, Azərbaycanın inkişafı üçün geniş imkanlar yaratdı. O, öz nüfuzundan və tutduğu vəzifənin gücündən istifadə edərək ölkəmizə bir çox mühüm ittifaq layihələrini yönləndirdi.
Həmin dövrdə Heydər Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli addımları və fitri təşkilatçılıq qabiliyyəti onun nüfuzunu daha da artırdı. Lakin bununla yanaşı, ona qarşı paxıllıq və qısqanclıq hissləri də güclənirdi. Xüsusi ilə ermənipərəst Mixail Qarbaçov Heydər Əliyevi siyasi arenadan uzaqlaşdırmağa cəhd göstərirdi.Bu məqsədlə ona qarşı çirkin kampaniyalar başladıldı.
Heydər Əliyev ölkə rəhbərliyi ilə ciddi fikir ayrılığı səbəbindən vəzifəsindən istefa verdikdən sonra erməni şovinistləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər, Qarabağda separatizm baş qaldırdı. 1990 - cı ilin yanvarında sovet ordusu Bakıda qanlı qırğın törətdi. O, dövrdə də bu gün də çoxları əmindir ki, əgər həmin vaxt Heydər Əliyev rəhbərlikdə qalsaydı, nə Qarabağ problemi, nə Qara Yanvar faciəsi, nə də digər hadisələr yaşanardı.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün ağır və çətin sınaq dövrü idi. Bu vəziyyətə biganə qala bilməyən Heydər Əliyev Moskvadan Vətənə qayıtmaq qərarı verdi. Lakin o dövrün iqtidarı onun Bakıya gəlməsinə mane olduğu üçün Ulu Öndər doğma Naxçıvana üz tutdu.
Ümummilli Lider Naxçıvanı erməni təcavüzündən və siyasi təlatümlərdən qorumağı bacardı. O, üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda ucaltdı və Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Onun Muxtar Respublikaya rəhbərliyi dövründə qəbul etdiyi cəsarətli və strateji qərarlar Azərbaycanın gələcək taleyində həlledici rol oynadı.
Müstəqilliyin bərpa olunduğu ilk illərdə Azərbaycan ciddi bəlalarla xaos, anarxiya, vətəndaş müharibəsi təhlükəsi və parçalanma riski ilə üz-üzə qalmışdı. 1993-cü ilin yayında vəziyyət daha da kritikləşdi, ölkə vətəndaş müharibəsi təklükəsi ilə qarşılaşdı. Belə bir zamanda xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gələrək böyük bir məsuliyyəti öz üzərinə götürdü və xilaskarlıq missiyasına başladı.
Ulu Öndər qısa müddətdə ölkəni qorxunc təhlükələrdən xilas etdi və müasir milli dövlət quruculuğuna başladı. Onun rəhbərliyi altında milli maraqlara əsaslanan xarici siyasət formalaşdırıldı və ölkədə ictimai-siyasi sabitlik yaradıldı ki, bu da quruculuq işlərinə yol açdı.
Eyni zamanda, nizami ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Heydər Əliyev tez-tez cəbhə bölgələrinə gedir, ön xətdə əsgərlərlə görüşərək onların mənəvi ruhunu yüksəldirdi. Bunun nəticəsində düşmənin yeni işğal planları uğursuzluğa düçar oldu.
Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik xarici siyasəti və şəxsi nüfuzu sayəsində müstəqil Azərbaycan beynəlxalq arenada özünə inamla yer tutmağa başladı. Dünyanın hər yerində ona hörmətlə yanaşılır və fikirlərinə böyük önəm verirlər.
Heydər Əliyev fiziki olaraq aramızda olmasa da onun parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu işıqlandırır. Prezident İlham Əliyev qlobal reallıqları ustalıqla nəzərə alaraq, Ulu Öndərin yolunu qətiyyətlə davam etdirir və ölkəmizi yeni zirvələrə daşıyır. Qlobal siyasətin mürəkkəb məqamlarına dərindən bələd olan, milli maraqları qətiyyətlə qoruyan prezident İlham Əliyev titanik fəaliyyəti ilə Azərbaycanı güclü dövlətə və beynəlxalq arenada nüfuzlu söz sahibinə çevirib.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev Azərbaycanı inamla yeni-yeni zəfərlərə doğru aparır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub, Zəfər salnaməsi tarixdə layiqli yerini alıb. Bütün nailiyyətlərin təməlində isə Heydər Əliyev siyasəti dayanır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq.
İllər bir-birini əvəzlədikcə yeni həyat gerçəklikləri keçilmiş yolun hər bir mərhələsinə parlaq işıq salır. Bu günün uğurları yaxın keçmişə dolğun və obyektiv qiymət vermək imkanı yaradır. Bu həqiqət işığında qəlbi daim vətən eşqilə döyünən bö-yük dühaların, fenomen şəxsiyyətlərin milli dövlətçilik qarşısındakı xidmətləri də aydın görünür. Müstəqil respublikamızın hazırda qazandığı böyük nailiyyətlər də məhz Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedil-məz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndərin əbədiyyətə qovuşmasından илляр ötsə də, onun nurlu xatirəsi Azərbay-can xalqının qəlbində silinməz iz buraxmışdır.
Heydər Əliyev böyük siyasətdə qar şıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Şəxsiyyət və lider kimi böyüklüyü ona hələ sağlığında ikən ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində ulu öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici toplumunu arxasınca apara bilmişdir. Heydər Əliyevin liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelə-rini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərin-dəndir.
Azərbaycan neft ölkəsi olmasına baxmayaraq XX əsrin 60-cı illərində sovetlər ittifaqının geridə qalmış respublikalarından biri idi. Heydər Əliyev məhz belə bir vaxtda - 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bundan əvvəl isə Heydər Əliyev Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışmışdı. Böyük öndər hələ bu or-qanda fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə Heydər Əliyev qısa bir zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Ona görə Heydər Əliyev 1982-ci ildə sovetlər ittifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq inkişaf et-miş sənaye respublikası kimi tanınırdı. O illərdə respublikada çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.
Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixo-loji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet ittifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda “Han-sı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir” - sualına cavab axtarılarkən on-ların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azər-baycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1990-cı ilin yanvarında sovet qoşunları Bakıya hərbi mü-daxilə edərək qanlı hadisələr törətdilər, yüzdən artıq vətəndaşımız qətlə yetirildi. Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq uğrunda apardığı mübarizə qan içərisində boğuldu. Bu haqsızlığa qarşı Azərbaycan xalqı qəti etirazını bildirirdi. Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi və oradan xalqa səslənmə-si, bu faciəni törədənləri kəskin ittiham etməsi tarixi prosesə, tarixi hadisələrə ciddi təsir göstərən addım idi. Məhz bu ha-disədən sonra Azərbaycanda xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. Əgər 1987-ci ildə Azərbaycan xalqı ərazi bü-tövlüyü və Qarabağın qorunması uğrunda mübarizəyə qalxmışdısa, 1990-cı ilin yanvarından sonra gedən mübarizə artıq müstəqillik, azadlıq, suverenlik, istiqlal uğrunda mübarizə idi. Heydər Əliyevin məhz həmin çıxışı, çağırışı Azərbaycanın si-yasi həyatında böyük dəyişiklik məqamı oldu və milli azadlıq, istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı.
Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş mübaribəsi təhlükəsi yarandığı, Ermənistanın tə-cavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıtdı. Heydər Əliyev ilk növbədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Hərb cəb-həsində atəşkəsə nail olundu. Atəşkəsin əldə edilməsi ilə yaranmış fasilədən ümummilli lider Heydər Əliyev ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. İctimai-siyasi sabitliyin yaradılması üçün Heydər Əliyevin həyata keçirdi-yi siyasətin ana xəttini qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi.
Ulu öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradıl-ması tuturdu. Qarşıya qoyulan ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yara-dılması idi. Az zaman içərisində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı.
Heydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı. Ölkədə xaos və özbaşınalığın qarşısı alındı. Xalqın Heydər Əliyevə inamı, etimadı o dərəcədə yüksək idi ki, onun hər bir çağırışı Azərbaycan xalqının bütün təbəqələrində böyük əks-səda doğururdu. 1994-95-ci illərdə xarici qüvvə-lərin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər. Məqsəd ölkəmizin həyata keçirdiyi müstə-qil siyasəti əngəlləmək, Azərbaycanı yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına keçirmək idi. Azərbaycan xalqının Heydər Əliyevə olan inamı hesabına dövlət çevrilişinə cəhdin qarşısı qətiyyətlə alındı.
Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata ke-çirilməsi yalnız böyük şəxsiyyətin - Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.
Enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. On-ların maneələrinə baxmayaraq Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşma-sı üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin reallaşması Heydər Əliyevin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi.
Bütün bunların fonunda ulu öndər Heydər Əliyevin həm də mənəvi-əxlaqi cəhətdən nə qədər zəngin və kamil insan oldu-ğu bir daha aydın görünür. Ümummilli lider dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi dəyərlərə sadiq qalmış, əsl azərbaycanlı dünyagörüşünə malik olmuşdur. Böyük strateq və dövlət xadimi siyasətdə mənəvi əxlaq - sadəlik, düz-günlük, təmizlik, vicdanlılıq, ləyaqətlilik, yurdsevərlik, məğrurluq, mərdlik kimi normaları daim uca tutmuş, irəli çəkdiyi, eti-mad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir.
Ulu öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan dərhal sonra Azərbaycana birinci rəhbərliyi dövründə milli kadrların və dövlət qulluqçularının hazırlanması sahəsində başladığı işləri daha geniş miqyasda, sistemli şəkildə davam etdirməyi prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. İdarəçilikdə rəhbərin davranışları, iş metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar komandadakı əhval-ruhiyyəyə də müsbət və ya mənfi anlamda təsir göstərir. Bu mənada Heydər Əliyevin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgü-zarlığı, onun rəhbərlik etdiyi komandanın da çevikliyinə təkan vermiş, məmurlarda məsuliyyət hissini daha da gücləndir-mişdir. Bu komandanın hər bir üzvü yaxşı bilirdi ki, Heydər Əliyevin etimadını və rəğbətini qazanmağın yeganə yolu vic-danla, məsuliyyətlə işləmək, qarşıya qoyulmuş vəzifələri tez bir zamanda yerinə yetirməkdir. Dahi öndər yaxşı işləyən döv-lət qulluqçularını mükafatlandırmaqla yanaşı, verilmiş göstərişləri lazımi səviyyədə yerinə yetirə bilməyən, qulluq səlahiy-yətlərini aşan, xalq kütlələrində haqlı narazılıq doğuran hərəkətlərə yol verən məmurları müşavirələrdə açıqca ifşa edir və bu digərlərinə yaxşı görk olurdu. “Azərbaycanın dövlət başçısı, prezidenti kimi mənə yaxşı işdən savayı heç bir mükafat vermək, xoş söz demək lazım deyildir. Bunların heç biri mənə lazım deyil. Yaxşı işləyin, iş görün. Amma təmiz iş görün, mənəvi saflığı təmin edin” - vaxtı ilə dediyi bu sitat bir daha təsdiqləyir ki, ulu öndər dövlət idarəçiliyində məmur məsuliy-yəti meyarlarını düzgün müəyyənləşdirmiş, hər bir komanda üzvünün işinə xalqın rəyi əsasında qiymət vermiş, özünün zəngin təcrübəsini onlara təlqin etməyə çalışmışdır.
İdarəçilikdə siyasi varislik ənənəsi həm də kadrların seçilməsi və dəyərləndirilməsi ilə bağlı mütərəqqi ənənələrin qoru-nub saxlanılmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Sevindirici haldır ki, 2003-cü ilin oktyabrından ölkəyə inamla rəh-bərlik edən Prezident İlham Əliyev ulu öndərin kadr siyasətini də yeni dövrün tələblərinə uyğun, böyük uğurla davam etdi-rir. Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəy-yənləşdirən Prezident İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də öz qüvvəsindədir. “Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır” - deyən dövlətimizin başçısının siyasətinə olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Bu baxımdan liderlik institutunun Azərbaycan üçün nə qədər böyük önəm daşıdığı indi daha qabarıq görünür.
İllər keçir, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin qurub yaratdıqlarından bəhrələnir və bundan sonra da çox-çox il-lər bəhrələnəcəkdir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim böyük uğurlar əldə edəcək və bö-yük zirvələri fəth edəcəkdir.